Dəmiryolu stansiyasında 200-ə yaxın bilet satış aparatı quraşdırılacaq

17-06-2016 / 12:09

JCM Global Azərbaycanda dəmiryolu stansiyalarında bilet satışı aparatlarının sayını artırmaq niyyətindədir.

Xeberler.az-ın məlumatına görə,  bu barədə şirkətin rəsmi səhifəsində məlumat yer alıb.

Bildirilir ki, şirkət Azərbaycan üzrə 200-ə yaxın dəmiryolu stansiyasında 1000 ədəd bilet satış aparatı quraşdırmağı planlaşdırır.

Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xətti üzərində yerləşən 2 stansiyada 15 bilet satışı aparatı və 40 turniket quraşdırılıb.

Şirkətin baş meneceri Payam Zade Bakı-Xırdalan-Sumqayıt dəmiryolu marşrutu kimi bir layihədə iştirakdan etməkdən məmnunluğunu bildirib.

"Avropa və dünya üzrə nəqliyyatda təhlükəsizlik, etibarlılıq baxımından iPRO-RC-dən istifadə olunur", - deyə şirkət rəsmisi qeyd edib.

Qeyd edək ki, JCM Global bank, köşk, əyləncə mərkəzləri üçün texnoloji əməliyyat sistemlərini quraşdıran dünyada lider şirkətdir. (APA). 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.