Dərs cədvəlləri artıq tələbələrin telefonunda-Yenilik

27-10-2016 / 14:17

Azərbaycan universitetlərində tələbələrin işini asanlaşdıran yeni xidmət  istifadəyə verilib.

Belə ki, artıq tələbələr dərs cədvəllərini ağılı telefonlarından əldə edə biləcək.

Layihə rəhəbri Murad Şükürlü Xeberler.az-a bildirib ki, Unimobile  universitetlərdə  dərs cədvəllərini, imtahan vaxtlarını ağıllı telefonlardan əlçatan edir .

Onun sözlərinə görə, layihə model olaraq hazırda  təhsil aldığı universitet- Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tətbiq edilir .

Qeyd edək ki,  http://unimobile.edu.az idarə paneli vasitəsi ilə dekanlıqlar cədvəllərə nəzarət edə bilir .Dəyişiklik olduqda tələbə tətbiq vasitəsi ilə  bildiriş əldə edir. 

Tətbiq hələlik Android telefonlar üçün istifadəyə verilib.

Məlumatımıza görə, yaxın vaxtlarda iOS telefonlar üçün də təqdim ediləcək.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə