DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017 / 14:24

Dövlət İmtahan Mərkəzi (DİM) mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsilalanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

DİM-dən Xeberler.az-a verilən məlumata görə, üzürlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, o cümlədən ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün bu imtahanlar aprel ayında keçiriləcək.

 İmtahanın birinci mərhələsində şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə edilir.

Bu formada açıq tipli tapşırıqlar buraxılış imtahanlarında ilk dəfədir tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq.

Qeyd edilib ki, şəffaflıq daim DİM-in əsas fəaliyyət prinsipi olub. DİM-in keçirdiyi imtahanların məzmunu həmişə açıq olub: fənlər üzrə qəbul proqramları, model testlər, sınaq və qəbul imtahanlarında istifadə olunan test kitabçaları, test tapşırıqları topluları və müxtəlif metodiki vəsaitlər hazırlanıb abituriyentlərin istifadəsinə verilib. Qəbul kampaniyasının bütün gedişi və ayrı-ayrı mərhələləri ardıcıl olaraq internetdə, kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Qeyd olunanların davamı olaraq DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır.

 İctimai Şuranın üzvləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən formalaşdırılacaq. Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək və hüquq və vəzifələri izah ediləcək.

Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələri nümayəndələri anket formasını buradan yükləyərək doldurub [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

 İctimai Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödənişlər verilmir.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə