DİM-in saytında “Şəxsi kabinet” necə yaratmaq olar?-Ödəniş üsulları

28-02-2017 / 11:16

Məlum olduğu kimi,  Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır.

Xeberler.az DİM-ə istinadən bu barədə oxucalara daha ətraflı məlumat təqdim edir:

"Şəxsi kabinet"in yaradılması və istifadə qaydası

Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında veriləcək) yararlanmaq olar.

Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

Şəxsi kabinet yaratmaq üçün istifadəçi:

 1. ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib "Şəxsi kabinet yarat" düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı və digər məlumatları əks olunur;

 2. İstifadəçiyə müvafiq sahələrə mobil telefon nömrəsini və elektron poçt ünvanını daxil etmək təklif olunur. Bu məlumatlar zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) istifadə oluna bilər;

3. Gələcəkdə şəxsi kabinetə daxil olmaq üçün istifadəçi müəyyən tələblərə riayət edərək parol (parolu unutmayın və məxfi saxlayın) təyin etməli və onu müvafiq sahələrə daxil edib "Yadda saxla" düyməsini basmalıdır.

Nəticədə sistem tərəfindən kabinetə unikal nömrə təyin edilir. Kabinetin nömrəsi xidmətlərdən istifadə edilən zaman tələb oluna bilər;

İstifadəçi şəxsi kabinetini menyudan aşağıdakı elementləri seçməklə idarə edə bilər:

Şəxsi məlumatlar.Menyudan bu elementi seçdikdə istifadəçinin şəxsiyyətini təsdiq edən sənəddə əks edilmiş məlumatlar ekrana ötürülür. Kabinet yaradılandan sonra istifadəçi şəxsiyyəti təsdiq edən yeni sənəd alıbsa, o, "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidir;

Əlaqə məlumatları. Bu səhifədə istifadəçi ev telefonu, mobil telefon nömrələrini və elektron poçt ünvanını daxil etməlidir.

 Bu məlumatların bildirilməsi məcburi deyil, lakin zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) onlardan istifadə oluna bilər;

Parolu dəyiş. İstifadəçi bu elementi seçib parolunu yenisi ilə əvəz edə bilər;

Hesab. Bu səhifəyə daxil olaraq istifadəçi aşağıdakı əməliyyatları həyata keçirə bilər.

Hesaba əlavələr. İstifadəçi müxtəlif ödəniş üsullarından yararlanaraq "Ödəniş kodu"nu əldə edir və onu bu səhifədəki sahəyə daxil edir.

Kod düzgün daxil edildiyi və hələ aktivləşdirilmədiyi halda, ona uyğun məbləğ hesaba əlavə edilir. Bu əməliyyata aid məlumatlar (ödənişin kodu, məbləğ, tarix və saat) səhifədəki siyahıda öz əksini tapır;

Hesabdan istifadə. Hesabdakı vəsait DİM tərəfindən göstərilən müxtəlif xidmətlərin haqqının ödənilməsi üçün istifadə edilir. Bu funksiya seçildikdə hesaba əlavə edilmiş vəsaitin nə zaman və hansı təyinatla istifadə edildiyini əks etdirən məlumatlar siyahı şəklində təqdim olunur;

Digər şəxsin hesabına vəsait köçürmə. İstifadəçi öz hesabından başqa şəxsi kabinet istifadəçisinin hesabına vəsait köçürmək üçün həmin şəxsi kabinetin nömrəsini daxil edib "Davam et" düyməsini basmalıdır;

-Sınaq imtahanı üçün ödəmə kartlarının alınması. Sınaq imtahanına yazılmaq üçün ödəmə kartını (seriya nömrəsi və parol) əldə etmək üçün istifadəçi sınaq imtahanının növünü ("Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı", "Magistratura səviyyəsi üzrə sınaq imtahanı" və s.) seçir və "Kartı al" düyməsini basır. Nəticədə hesabdan müvafiq məbləğdə vəsait silinir və istifadəçiyə ödəmə kartının məlumatları (seriya nömrəsi və parol) təqdim olunur.

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq üçün istifadə olunan ödəniş üsulları:

DİM-dən Xeberler.az-a verilən məlumata görə, "Şəxsi kabinetin" hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar:

Ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems),

ödəniş sistemlərinin özünəxidmət kioskları,

poçt şöbələrində;

SMS vəsitəsilə.

Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını "Şəxsi kabinet"dən və SMS-lə əldə etmək olar.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.