DİM-in təşkil etdiyi hazırlıq kurslarında yanız elektron qeydiyyatdan keçənlər iştirak edə biləcək

21-01-2019 / 16:24

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 26-sı saat 10:30-da Bərdə şəhərində (5 nömrəli tam orta məktəbdə) Azərbaycan dili, fizika, biologiya, tarix, ingilis dili, riyaziyyat və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.

Xeberler.az  məlumat verir ki, DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və magistrləri iştirak edə bilərlər.

Yanvarın 27-də isə saat 10:00-da Şəmkir şəhərində (Nizami adına şəhər tam orta məktəbdə) ingilis, fransız, alman və rus dili fənləri üzrə elmi-metodik seminarlar keçiriləcək. Seminarlarda Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarının müvafiq fənn müəllimləri iştirak edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə