DİM İT mütəxəssis axtarır-Tələblər

11-05-2017 / 16:47

Dövlət İmtahan Mərkəzində (DİM) təcrübəli mütəxəssislər tərəfindən verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması və təkmilləşdirilməsi üzrə işlər aparılır.

Xeberler.az-ın məlumatına görə, bu işlərin həyata keçirilməsi üçün mütəxəssislərə olan əlavə tələbatı nəzərə alaraq, DİM tərəfindən verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması sahəsində təcrübəsi olan mütəxəssislərin işə qəbul olunması üçün müsabiqə elan edilir.

Qoyulan tələblər: kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və ya onlara ekvivalent olan ixtisaslar üzrə ali təhsil, verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması sahəsində bilik və bacarıqlar ( VBİS üzrə: Oracle, MS SQL Server. Proqramlaşdırma dilləri: C, C#, Java). Müvafiq sahədə iş təcrübəsi və beynəlxalq sertifikatları olan şəxslərə üstünlük verilir.

Müsabiqədə iştirak etmək istəyənlər  2017-ci il mayın 12-dən 25-dək sənədlərini (CV, diplom, əmək kitabçası və digər sənədlərin skan olunmuş surəti, tələb olunan sahədə əvvəllər yerinə yetirilmiş işlər haqqında məlumat)  elektron formada aitenguliyeva@mail.ru  elektron poçt ünvanına göndərməlidirlər.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.