DİM yenilənmiş saytını təqdim edib

25-12-2017 / 15:46

Bu gün Dövlət İmtahan Mərkəzinin saytının yenilənmiş versiyası ictimaiyyətə təqdim olunub.

Xeberler.az bildirir ki, tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sayt barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, saytın dizaynı dəyişdirilməklə yanaşı, strukturuna yeni bölmələr əlavə edilib.

Qeyd edilib ki, istifadəçilərin rahatlığının təmin edilməsi üçün hər bir bölməyə aid “xəbərlər”, “faydalı”, “e-xidmətlər”, “sənədlər”, “təqvim”, “FAQ” altbölmələri hazırlanıb.

Saytın informasiya təminatı ilə yanaşı, il ərzində 7 milyondan çox istifadəçiyə elektron xidmət göstərməsi nəzərə alınaraq, dövri olaraq aktiv olan “elektron xidmət” keçidlərinin ön səhifədə yerləşdirilməsi təmin edilib

DİM sədri qeyd edib ki, yeni saytın üzərində ancaq Mərkəzin mütəxəssisləri çalışıb.

Məleykə Abbaszadə onu da bildirib ki, bu il Azərbaycan vətəndaşları 7 milyon dəfə Mərkəzin müxtəlif növ elektron xidmətlərindən istifadə edib.

Günel

.

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.