DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019 / 13:59

"Düşünürəm ki, Din-in fundamental əsaslarının tədrisi məktəb üçün vacib deyil. Əgər deyildiyi kimi Din haqqında, onun tarixi haqqında, Din-lərin keçdiyi yol haqqında məlumatları daha da dərinləşdirmək lazımsa, bu variant məqbul ola bilər, amma düşünürəm ki, bunu tarix fənninin proqramına daxil etmək daha məqsədəuyğun olardı. Din adı altında yenidən hansısa fənnin daxil edilməsi, fikrimcə məqsədəuyğun olmazdı"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda indiki zamanda informatika fənninin tədrisini təkmilləşdirməyin vacib olduğunu qeyd edib

"İndiki zamanda məktəblərimiz üçün "İnformatika"nın tədrisini təkmilləşdirmək , ayrıca fənn olaraq saatlarını artırmaq daha doğru yanaşma olardı. Xüsusilə də unutmayaq ki, cari il yeni başlayan kimi Prezident ölkədə, bütün sahələrdə innovasiyaların inkişafı ilə bağlı Fərman imzalayıb. Təhsil sistemi də məhz buna adekvat cavab verməlidir TN və DİM məhz bu istiqaməti inkişaf etdirməli, resursları və pulları bu tərəfə yönəltməlidir. Kompüter və İT ixtisasları seçənləin informatika əvəzinə kimyadan imtahan verməsiə son qoyulmalıdır. Bu hal dövlət başçısının çağırışlarına, ölkənin götürdüyü strateji inkişaf xəttinə heç bir halda uyğun gəlməyən bir vəziyyətdir. Təhsili, məktəbləri, resursları və maliyyəni məhz bu problemin həllinə yönəltmək daha doğru olardı"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.