DİN-in elektron səhifəsində problem yaranıb

03-05-2018 / 16:29

Daxili İşlər Nazirliyi “E-xidmet” səhifəsində yaranan problemə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin “E-payment.mia.gov.az” və “E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranmış problem DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyil:

“Qeyd edək ki, Google Chrome brauzeri 66-cı versiyadan başlayaraq Symantec şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib. e-payment.mia.gov.az və e-xidmet.mia.gov.az veb səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur. Buna görə də, problem yalnız Google Chrome-u ən son – 66-cı versiyasından istifadə edənlərdə müşahidə olunmaqdadır. Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumu texniki işləri davam etdirir. Ən qısa zamanda bu xidmətlərin fəaliyyəti Google Chrome-da bərpa olunacaq”.

Məlumatda o da qeyd olunur  ki, kompüterlərdə digər brauzerlərdən, həmçinin mobil telefonlardan istifadə etdikdə qeyd edilən veb səhifələrə daxil olmaq mümkündür. (APA)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.