Diplomların tanınması ilə bağlı qurumlar müəyyənləşib

27-03-2019 / 12:15

Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) və təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirəcək qurumlar müəyyənləşib.

Xeberler.az  bildirir ki, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi, təhsil müəssisələrinin akkreditasiyasını isə nazirliyin Hüquq şöbəsi həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.