Distant təhsil alanlara robotlar verilir

03-03-2015 / 11:11

ABŞ-ın Miçiqan Dövlət Universiteti onlayn məşğələlərdə iştirakı təmin etmək məqsədilə onlayn tələbələrə fərdi robotların verilməsi ilə bağlı qərar çıxarıb.    

Xəbərlər.az Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, seminarların onlayn iştirakçılarına ciddi yanaşılmaması səbəbindən ali məktəb bu üsulla distansiyalı təhsil alan tələbələrin ayrı-seçkiliyinə son qoymağı düşünür. Hazırda yeni texnologiya təhsil psixologiyası və texnologiyalara həsr edilən doktorluq proqramında sınaqdan keçirilir.  

“Revolve Robotics” şirkəti tərəfindən istehsal olunan "KUBI” robotu oxşar qurğulardan mühüm cəhətləri ilə fərqlənir. Şirkət adi “iPad” planşetini robotlaşmış teleiştirak sisteminə çevirən xüsusi tutqaclar istehsal edir. Fırlanan platformaya qoşulan planşeti evdən idarə etmək, auditoriyada danışılanları eşitmək, suallar vermək mümkündür. Bu yaxınlarda bu qurğu üçün teleoperator funksiyasının yer aldığı yenilənmiş əlavə buraxılıb. Əlavə məsafəli istifadəçiyə dünyanın müxtəlif nöqtələrində olan robotlar arasında qoşulmağa imkan verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə