Doktoranturaya qəbul üçün test nümunələri hazırlanır

05-10-2015 / 16:16

Oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.

AMEA-dan Xeberler.az-a bildirilib ki, BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” müvafiq Sərəncamının BTEB-yə daxil olan institut və təşkilatlar tərəfindən icrası ilə bağlı məlumat verib. AMEA tarixində ilk dəfə olaraq doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsinin planlaşdırıldığını bildirib. Alim hazırda bütün ixtisaslar üzrə test nümunələrinin hazırlandığını deyib.

Ə.Əmiraslanov imtahanların şəffaf və obyektiv şəkildə təşkilini təmin etmək məqsədilə ümumi bir test bazasının və yeni proqramın hazırlanmasının məqsədəuyğun olduğunu söyləyib. Qeyd edilib ki, AMEA-da doktoranturaya qəbul olmaq istəyən elmi tədqiqatçıların biliyinin düzgün qiymətləndirilməsi baxımından test sisteminin tətbiqi ən doğru seçimdir.

Sonra institut direktorları çıxış edərək müxtəlif ixtisaslar üzrə hazırlanmış test tapşırıqlarını təqdim ediblər.

İclasda Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya və Dendrologiya institutları tərəfindən hazırlanan müxtəlif testlər barədə məlumat verilib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.