Domen adları qeydiyyatçılarının sayı artıb

21-10-2015 / 11:09

Dublində (İrlandiya) internetdə domen adlarının və zonaların verilməsini həyata keçirən Internet Corporation for Assigned Names and Numbers (ICANN) qeyri-kommersiya təşkilatının 54-cü konfransının açılışı zamanı qlobal domen adları sisteminin inkişafı üzrə şöbənin (Global Domains Division) rəhbəri Əkrəm Atalla hazırda dünyada təşkilat tərəfindən akkreditasiya olunan 2121 qeydiyyatçı şirkətin olmasını bəyan edib.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu, ICANN-ın iyunun sonunda Buenos-Ayresdə (Argentina) keçirilən 53-cü konfransında olan qeydiyyatçıların sayından 579 qeydiyyatçı şirkət çoxdur.  

Ə.Atallanın sözlərinə görə, bu onunla əlaqədardır ki, ICANN tərəfindən qeydiyyatçılar üçün sığorta məsuliyyəti tələbi (Liability Insurance) ləğv edilib. ABŞ və Qərbi Avropadan kənarda bu sığorta növünün alınması böyük çətinliklərlə əlaqədardır. Buna görə də ICANN bu proseduru ləğv etmək qərarına gəlib, çünki o, domen bazarının və ümumilikdə domen adları sistemlərinin inkişafına mane olur.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə