Doqquzuncu nəsil “Intel Core” prosessorları təqdim olunub

09-10-2018 / 17:32

“Intel” şirkəti “Core” prosessorlarının doqquzuncu nəslini təqdim edib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, yeni istehsal xəttinin qabaqcıl prosessoru kimi şirkət tərəfindən ən yaxşı oyun prosessoru adlandırılan “Intel Core i9-9900K” göstərilir. O, 3,6 QHs takt tezlikli 8 nüvədən və 5 QHs-dək sürətləndirilən 16 məlumat axınından ibarətdir.

Bundan başqa, “Core i7” və “Core i5” prosessorlarının doqquzuncu nəsli nümayiş edilib. Yeni “i7-9700K” prosessoruna 3,6 QHs takt tezlikli 8 nüvə və 8 məlumat axını daxildir. “i5-9600K” prosessoru isə 3,7 QHs takt tezlikli 6 nüvəyə və 6 məlumat axınına malikdir. Şirkətin məlumatına görə, yeni prosessorlu sistemlər oyunlarda kadr tezliklərinin göstəricilərini 35-45 faiz artıracaq.

Yeni prosessorlar üçün ilkin sifarişlərin qəbuluna və pərakəndə satışlara oktyabrın 19-dan etibarən başlamaq nəzərdə tutulur. “Core i5-9600K” prosessorunun qiyməti 262 dollar, “Core i7-9700К” prosessorunun 374 dollar, qabaqcıl “Core i9-9900К” prosessorunun isə 488 dollar təşkil edir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.