Dövlət hansı saytlara maliyyə ayıracaq? – Şərtlər

17-01-2018 / 15:39

“İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir"

Xeberler.az bildirir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açıqlamasında deyib.

Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda  həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər.

“Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər.  Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan “əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar.  Digər tərəfdən, həmin xəbər saytları Azərbaycanı sevməyən başqa güc mərkəzləri ilə də əlaqədə ola bilər".

Onun sözlərinə görə, indiki şəraitdə əlbəttə ki, bunlar arzuolunmazdır.  Bütün bu problemləri aradan qaldırmaq üçün mütləq xəbər portallarını dövlət maliyyələşdirməlidir:

"Nə zaman ki, onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər. Mən  bir neçə dəfə də parlamentdə bu barədə məsələ qaldırmışam. Məsələ hazırda gündəmdədir”.

Ə.Amaşov deyib ki, hansı xəbər saytlarına maliyyə ayrılması ilə bağlı bəzi prinsiplər müəyyən edilib.

"İndi saytlar çoxdur. Ancaq elə saytlar var ki, hüquqi şəxs kimi fəaliyyət göstərmir, qanunvericilikdə nəzərdə tutulan müvafiq icbari öhdəlikləri yerinə yetirmirlər. Bəzən bir internet media orqanında rekvizitlər qeyd edilmir. Hansısa oxucu maraqlanır, ancaq həmin saytın rəhbərliyi barədə məlumat əldə edə bilmir. Təbii ki, belə saytlara dövlət dəstəyi şamil edilə bilməz.  Azərbaycanla bağlı həqiqətləri ölkədən kənarda yayan, ölkəmizi sevməyən qüvvələrə qarşı mübarizə aparan və ölkə daxilində xüsusi çəkisi olan,  ictimai fikri formalaşdırmaqda rolu olan bütün saytlar dövlət tərəfindən maliyyələşə bilərlər”. (Modern.az) 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə