Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019 / 16:49

2019-cu il mayın 12-də saat 16.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə qəbul imtahanları ilə əlaqədar canlı yayım ediləcək.

Xeberler.az bildirir ki, 2019-cu il mayın 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçiriləcək.

Məlum olduğu kimi, hər il imtahanlardan sonra televiziya vasitəsilə abituriyentləri maraqlandıran suallar cavablandırılırdı. Lakin bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni qaydalar əsasında keçirilir və buna uyğun olaraq imtahanın məzmunu da dəyişib. İmtahan materiallarının izahının təqdimetmə üsulu televiziya formatına tam uyğun olmadığı üçün sualların yazılı və şifahi izahatı artıq DİM-in sosial şəbəkə kanalları vasitəsilə veriləcək.

İmtahanlardan dərhal sonra DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları , ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş məlumat veriləcək.

Qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları veriliş boyu ekranda yerləşdiriləcək.

Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq “WhatsApp” nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. “WhatsApp” nömrə canlı yayım zamanı elan olunacaq. Suallarınızı [email protected] elektron poçtuna da göndərə bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi qeyd olunmalıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə