Dövlət İmtahan Mərkəzinin Direktor Şurasına üzvlər təyin olunub

20-04-2016 / 10:41

Azərbaycan Prezidentinin 11 aprel tarixli fərmanı ilə yaradılan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasına üzvlər təyin olunub.

TQDK-nın mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, ölkə Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, şuranın digər üzvləri Kamil Ayda-zadə,  Ceyhun Bayramov, Niyazi Hacıyev, Fariz İsmayılzadə təyin ediliblər.

Mərkəz dövlət qeydiyyatına alınana qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) fəaliyyətlərini davam etdirirlər və vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan bütün xidmətləri (elektron xidmətlər, test imtahanları, müsahibələr və s.) göstərəcəklər.

Qəbul imtahanları və dövlət qulluğuna qəbulla bağlı məlumatlar, müvafiq olaraq, TQDK-nın və DQMK-nın saytlarında təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınandan sonra bu xidmətlərin göstərilməsi qanunvericiliyə uyğun olaraq Mərkəz tərəfindən davam etdiriləcək və təşkilatın yeni saytı istifadəyə veriləcək.  

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.