Dövlət Miqrasiya Xidmətinin rəsmi Facebook səhifəsi istifadəyə verilib

15-05-2018 / 12:35

Bu gündən Facebook sosial şəbəkəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi səhifəsi fəaliyyətə başlayıb.

Qurumun mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etməkdir.

Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materialların yayımı diqqətdə saxlanılacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə