Dövlət qulluğunda məlumat bazalarının yaradılması müzakirə edilib

21-04-2017 / 15:25

Bu gün Park İnn otelində “Dövlət qulluğunda məlumat bazalarının yaradılması və idarə edilməsi mövzusunda seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, seminarda Dövlət İmahan Mərkəzi, Xarici İşlər Nazirliyi, Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Məlumat Hesablama Mərkəzi kimi dövlət qurumları ilə  yanaşı, xarici ölkələrin rəsmiləri də iştirak edib.

Seminar Avropa Xarici Fəaliyyət Xidməti və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə açılış nitqi edən edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov seminarın məqsədi və istiqaməti barədə geniş məlumat verib.

 Onun sözlərinə görə, dövlət qulluğu sahəsi üzrə baza yaradılıb və fəaliyyət göstərir. Belə ki, bu bazaya dövlət qulluqçularının işi barədə bütün məlumatları əldə etməyə imkan verən yeni alətlər daxil edilib.

Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova qeyd edib ki, "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycan-Avropa İttifaqı arasında əlaqələrin son vaxtlar müşahidə olunan müsbət dinamikası və bu il Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlaması baxımından önəmlidir.

Daha sonra dövlət qulluğunda yeni trendlər, innovasiyalar və problemlər, Ukraynanin, Gürcüstanın dövlət qulluğundakı məlumat bazaları, həmçinin ölkəmizdə bu sistemdə məlumat bazaları və elektron xidmətlər, kadrların idarə edilməsində İT alətlərin tətbiqi kimi məsələlər qarşılıqlı müzakirə edilib.

Tədbirdə Gürcüstan, Belarus, Moldova, Ukrayna, Litva kimi ölklərdən olan rəsmilər öz təcrübələrini bölüşüb.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.