Dövlət qurumlarına əlavə 20 min proqram təminatı lisenziyaları veriləcək

26-03-2019 / 10:56
Dövlət qurumlarında istifadədə olan kompüterlərin lisenziyalaşdırma layihəsinin ikinci mərhələsinə 2021-ci ilin ortalarına start veriləcəyi gözlənilir.
 
Xeberler.az  bildirir ki, bu barədə ONA-ya "Microsoft Azərbaycan” şirkətinin rəhbəri Sərxan Həşimov deyib. Onun sözlərinə görə, həmin vaxtadək birinci mərhələnin tam bitəcəyi gözlənilir ki, bu müddət ərzində dövlət tərəfindən öncə əldə olunan lisenziyalar tam olaraq istifadəyə veriləcək.
 
"Birinci mərhələ bitdikdən sonra ikinci mərhələyə başlanacaq ki, bu da təxminən 2,5 ildən sonra baş tuta bilər”, - deyə S. Həşimov bildirib.
 
Qeyd edək ki, 1-ci mərhələdə dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün şirkət tərəfindən 10 min lisenziya təqdim olunub. Ötən ilin iyul ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Microsoft” şirkəti arasında əldə olunan razılığa əsasən, dövlət qurumlarına əlavə olaraq 20 min lisenziya, təhsil müəssisələrinə isə akademik güzəştlə 10 min lisenziya verilməsi nəzərdə tutulub.
Layihənin operatoru qismində nazirliyin nəzdində fəaliyyət göstərən "Azintelecom” MMC çıxış edəcək.  

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə