Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı təqdim olunur - Yenilənəcək

06-08-2015 / 11:07

Beynəlxalq Mətbuat Mərkəzində “Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilir.

Məlumat verdiyimiz kimi, Multimedia Mərkəzi növbəti dəfə dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini monitorinq edib.  

Monitorinqlərin yekunu olaraq Multimedia Mərkəzi tərəfindən mərkəzi  və yerli icra orqanlarının  informasiya açıqlığı ilə bağlı Hesabat hazırlanıb.

Həmçinin dövlət qurumlarının informasiya açıqlığı (onlayn şəffaflıq) üzrə növbəti  Reytinq Cədvəlləri hazırlanıb. Hər bir qurum üzrə, həmçinin bütövlükdə Mərkəzi və yerli icra hakimiyyətləri üzrə informasiya açıqlığı göstəricisi müəyyən olunub.

Xeberler.az-ın məlumatına görə,  hazırda Beynəlxalq Mətbuat Mərkəzində 4 ay davam edən monitorinqin nəticələri ilə bağlı  “Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilir.

Dəyirmi masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektləri və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak edir.

Qeyd edək ki, layihə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə