Dövlət qurumlarının rəsmi saytları niyə işləmir?- Yenilənib

22-02-2016 / 11:24

Bu gün səhər saatlarından dövlət qurumlarımın rəsmi saytlarına daxil olmaq mümkün deyil.

***

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a  bildirib ki, bu, dövlət qurumlarının yerləşdiyi serverdə yaranan problemlə bağlı ola bilər.

Xatırladaq ki, dövlət qurumlarının rəsmi saytları Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus serverdə yerləşir. Dövlət qurumlarının saytlarının təhlükəsizliyinə də XDMX-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi cavabdehdir.

Qeyd edək ki, rəsmi dövlət qurumlarının saytlarından yalnız “Elektron Hökumət” portalı hazırda normal fəaliyyət göstərir ki, bu resurs da fərqli bir serverdə yerləşir.

***

XDMX-dan verilən məlumata görə, problem hazırda serverdə aparılan profilaktik işlərlə bağlıdır. Qeyd edilib ki, qısa zamanda problem aradan qaldırılacaq.

***

Dövlət qurumlarının saytlarında səhər saatlarından yaşanan problem saat 14:00-dan etibarən  bərpa olunmağa başlayıb. Belə ki, hazırda dövlət saytlarına daxil olmaq mümkündür. 

 

Xatıldaq ki, səhər saatlarından Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, hətta Prezidentin rəsmi saytına da daxil olmaq mümkün olmurdu.

 

Eyni zamanda, mobil telefondan da saytlara daxil olmaq mümkün deyildi.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.