Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019 / 11:55

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 26,349 mln. manat təşkil edib.

Xeberler.az qurumun maliyyə hesabatına əsasən bildirir ki, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 2,5 dəfə çoxdur.

2017-ci ildə MHM-in uzunmüddətli aktivləri 2,6 dəfə artaraq 17,877 mln. manata, cari aktivləri isə 2,3 dəfə artaraq 8,472 mln. manata çatıb.

Hesabat dövründə mərkəzin cəmi öhdəlikləri 11,5 dəfə artaraq 4,371mln. manat, cəmi kapitalı isə 2,15 dəfə artaraq 21,978 mln. manat olub.

2017-ci ildə MHM-nin göstərdiyi xidmətlərdən gəlirləri 17,458 mln. manat (2016-cı ilə nisbətən 32,5% çox), xidmətlərinin maya dəyəri 15,072 mln. manat (31,1% çox), digər əməliyyat gəlirləri 4,887 mln. manat (55,5 dəfə çox), məzənnə fərqindən zərəri 25 min manat (3,5 dəfə az), inzibati və digər əməliyyat xərcləri 2,344 mln. manat (15,3% çox), mənfəət vergisi ödəmələri isə 1,153 mln. manat təşkil edib. Son nəticədə mərkəz ili 3,751 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum əvvəlki ildən 505 min manat zərərlə çıxmışdı. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.