Dövlət qurumunun saytı yeni adla fəaliyyətə başladı

07-12-2015 / 10:49

Azərbaycan Hesablama Palatasının (HP) rəsmi internet səhifəsi yeni dizaynda və yeni “www.sai.gov.az” adı ilə fəaliyyətə başlayıb.

Xeberler.az-ın məlumatına görə, bu barədə qurum məlumat yayıb.

Yeni sayt HP-nin fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumatları əks etdirməklə palatanın ötən illər üçün rəyləri, fəaliyyəti üzrə hesabatlar, keçirilmiş kollegiya iclasları və müxtəlif tədbirlərlə bağlı məlumatlar ictimaiyyətə təqdim olunub.

Sayt vasitəsilə başa çatmış audit tədbirlərinin nəticələri, həmçinin  Hesablama Palatasının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərlə bağlı məlumat almaq, eyni zamanda palatada potensialın gücləndirilməsi istiqamətində həyata keçirilmiş layihələr və beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə materiallarla tanış olmaq mümkündür.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə