Dövlət sərhədlərinin mühafizəsində İKT-dən geniş istifadə olunur

27-12-2015 / 09:11

Dünən Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Xeberler.az-ın məlumatına görö, müşavirə zamanı il ərzində Dövlət Sərhəd Xidmətinin gördüyü işlər barədə ətraflı  məlumat verilib.

Qeyd edilib ki, dövlət sərhədlərinin mühafizəsində yüksək rabitə texnologiyalarının, o cümlədən Azərsky peykinin imkanlarından aktiv və səmərəli istifadə olunub.

Məlumat verilib ki, il ərzində  DSX Sahil Mühafi­zə­sinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşıb.

Həmçinin Ağgöl səhra təlim mərkəzində Dövlət Sər­həd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yoxlanılması, aviasiya və döyüş texnikasının birgə döyüş tətbiqi üzrə idarəetmə orqanlarının uğurlu fəaliyyətinin nümayiş etdirib. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.