Dövlət və özəl sektorda kağız daşıyıcılar elektronlaşdırılacaq

05-01-2017 / 11:03

Dövlət sektoru daxilində, eləcə də dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması, kağız daşıyıcılarda sənədləşmə tələbinin tədricən ləğv edilməsi ilə bağlı atıla biləcək addımlar təhlil ediləcək.

Xeberler.az-ın məlumatına görə, bu barədə bu barədə telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Məlumata görə, eyni zamanda, bu dövrdə dövlət və özəl sektor arasında əlaqələrdə internet üzərindən elektron alətlər vasitəsilə göndərilə və ya onlayn doldurula bilən ərizələr, formalar, blanklar, e-qaimələr və hesabatların istifadəsi təşviq ediləcək.

Sənəddə bildirilir ki, dövlət orqanlarının informasiya sistemlərinin yaradılması üçün vahid prinsiplərin və standartların işlənib hazırlanması Dövlət orqanlarının informasiya sistemlərinin ümumi prinsiplər əsasında fəaliyyət göstərməsinin potensial faydaları və çatışmayan cəhətləri təhlil edilərək, müvafiq plan hazırlanacaq, ümumi prinsiplər tətbiq ediləcək və müxtəlif dövlət informasiya sistemlərinin funksional uyğunluğuna nəzarət gücləndiriləcək.

Dövlət xidmətlərinin həyata keçirilməsinin keyfiyyət standartlarının hazırlanması “Elektron hökumət” portalındakı xidmətlərə ASAN xidmət standartlarının tətbiqi nəzərdən keçiriləcək:

"Dövlət xidmətlərinin göstərilməsinin təsirləri və rentabelliliyin artırılması istiqamətində addımlar təhlil ediləcək, onların inkişaf etdirilməsi zamanı səmərəlilik məsələsinə xüsusi diqqət ayrılması təmin olunacaq. Dövlət xidmətlərinin göstərilməsinin qiymətləndirilməsi üçün metodologiyanın hazırlanması nəzərdən keçiriləcək və hazırlanacağı təqdirdə, bu metodologiyada xidmətlərin həm müştərilərin, həm də dövlət qurumlarının iş prosesi üçün yaratdığı inzibati yük nəzərə alınacaq”. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə