Dövlətin elektron xidmətləri vətəndaşlar üçün daha əlçatan olmalıdır

07-12-2018 / 17:25

Azərbaycan elektron hökumət, rəqəmsal iş, ximdmətlər formatına keçid istiqamətində böyük iş görüb.

Xeberler.az  məlumat verir ki, bu barədə Vyanada "Şərq Tərəfdaşlığı"nın biznes-forumunda "İnformasiya texnologiyaları və rəqəmsal bazarlar" mövzusunda paneldə çıxış edən Vətəndaşlara Xidmətlərin Göstərilməsi və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) nəzdində elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin baş məsləhətçisi Adil Ələkbərov bildirib.

O qeyd edib ki, ölkədə rəqəmsal texnologiyaların təcrübədə tətbiq edilməsinin uğurlu nümunəsi vergi sistemi, "ASAN imza"dır (elektron imza).

"Rəqəmsal texnologiyalar Azərbaycan mallarının, məhsullarının ixracı sektorunda da tətbiq edilir. Bu mənada "azeksport" saytının işini qeyd etmək lazımdır. Onun vasitəsilə Azərbaycan məhsullarını ixrac etmək olar. Son vaxtlar "Azerpoçt" da analoji xidmətlər göstərməyə başlayıb", deyə o bildirib.

A.Ələkbərov bildirib ki, birinci dərəcəli vəzifə dövlətin elektron portallarını və onların göstərdiyi xidmətləri vətəndaşlar üçün daha əlçatan etməkdir.

Bu zaman o qeyd edib ki, biznes-forum və forum çərçivəsində ikitərəfli görüşlər sayəsində Azərbaycan tərəfi digər ölkələrdən olan həmkarlarının təcrübəsini öyrənərək, informasiya texnologiyaları sektorunda mövcud boşluqları doldurmaq niyyətindədir.

Qeyd edək ki, paneldə vahid rəqəmsal bazarın imkanları, genişzolaqlı rabitə və özəl sektora investisiyalar da təqdimat və qrup şəklində müzakirə mövzuları olub


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə