DSMF kütləvi informasiya vasitələri arasında müsabiqə elan edib

14-09-2009 / 15:01

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu kütləvi informasiya vasitələri arasında müsabiqə elan edib.

\"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı\"nın 2.36-cı bəndinə (sığorta- pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq \"Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə\" mövzusunda müsabiqə keçiriləcək\", - bazar ertəsi xeberler.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib.

Müsabiqəyə sentyabrın 15-dən dekabrın 15-dək mətbuatda dərc olunan məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolu, məcburi dövlət sosial sığortasında fərdi uçotun, pensiya sistemində sığorta prinsiplərinə keçidin əhəmiyyəti və bu mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilməlidir. \"Məqalələr 5 min işarədən, telesüjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Məqalə və telesüjetlər dekabrın 15-dən gec olmayaraq, hansı qəzet və jurnalda dərc olunduğu və televiziya kanalında nümayiş etdirilməsi (tarix və nömrəsi) göstərilməklə komissiyaya təqdim edilməlidir\", - məlumatda qeyd edilir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaq:

Qəzetdə çap olunmuş ən yaxşı məqalələr üzrə 1-ci yer - 500 manat; 2-ci yer - 300 manat; 3-cü yer - 200 manat; televiziya kanallarında verilmiş ən yaxşı telesüjet üzrə 1-ci yer - 500 manat; 2-ci yer - 300 manat; 3-cü yer - 200 manat.

Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat - cəmi 500 manat məbləğində olacaq.

Müsabiqəyə təqdim olunan yazıları qiymətləndirmək üçün DSMF-nin aparıcı mütəxəssislərindən ibarət komissiya yaradılıb. Komissiyaya DSMF-nin sədr müavini Elman Mehdiyev rəhbərlik edir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə