Dünya Yeni ili WhatsApp-ın çökməsi ilə qarşıladı

01-01-2018 / 18:33

Yeni ili qeyd edənlərin çoxluğuna dayana bilməyən WhatsApp 2018-ci ilə bir saatlıq kəsinti ilə daxil olub.

Xeberler.az bildirir ki, bu gecə platforma ölkəmiz də daxil olmaqla dünyada 1 saat işləməyib.

Hələlik səbəbi məlum olmayan problemi şirkət ancaq 1 saat ərzində həll edə bilib. Nəticədə, bu hadisə 200 milyondan çox WhatsApp istifadəçilərin narazılığına səbəb olub.

WhatsApp-dakı problemin səbəbi ilə bağlı elektron məktub göndərən şirkət sözçüsü problemlə qarşılaşdıqlarını rəsmi təsdiq edib.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə