Dünyada bütün kompüter və smartfonlar təhlükədədir

04-01-2018 / 12:32

Google tərəfindən dünyanın ən böyük istehsalçı prosessorlarında aşkar edilən boşluq bütün texnologiya dünyası təhlükə ilə qarşı-qarşıya qoyub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, istehsalçı prosessorlarında aşkar edilən Meltdown və Specter kimi tanınan kritik təhlükəsizlik boşluqları sektoru səfərbər edib.

Məlum olduğu kim, demək olar bütün dünyanın kompüter, tablet  və smartfonları Intel, AMD və ARM prosessorları istifadə edir.

Ekspertlər bildirir ki, bu prosessorlarda aşkar edilən bu problem cihazın marka və əməliyyat sistemindən asılı olmayaraq bütün avadanlıqlar üçün təhlükəlidir.

Google tərəfindən tapılan Specter və Meltdown boşluğu kibercinayətkarların istifadəçilərin parol və şəxsi məlumatlarının oğurlanmasına imkan verir.

Ekspertlər serverlərin və məlumat mərkəzlərinin də təhlükədə olduğu barədə xəbərdarlıq edir.

Qeyd edək ki, hələlik problemin konkret olaraq nədən qaynaqlandığı və həll yolu məlum deyil.

Bu təhlükədən qorunmaq üçün artıq  Linux, Android, MacOS və Windows   yeniləmə təqdim edib.

İstifadəçilərə bu yeniləmələri yükləmələri tövsiyə edilir.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.