Dünyada ən sürətli internet hansı ölkədədir?

07-12-2015 / 12:07

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yeni hesabatı ilə dünyanın ən sürətli internet əlaqələrinin olduğu ölkələrin siyahısı nəşr olunub.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yeni hesabatında dünyadakı ən sürətli internet əlaqələrinə sahib ölkələrin adları açıqlanıb.

Danimarkanı geridə qoyaraq birinci sıraya keçən Cənubi Koreya interneti həm sürəti, həm iqtisadi və yeni nəsil mobil xidmətləri ilə ön sıradadır. Cənubi Koreyada internetin bu qədər yüksək sürətdə olmasının digər bir səbəbi isə inkişaf etmiş texnologiya sektorudur. Ölkənin demək olar ki, hər yerində sürətli internet tapmaq mümkündür.

Hesabatda Amerika Birləşmiş Ştatları 15-ci sırada, Türkiyə isə 69-cu sırada yer alıb. Bu hesabat, internetin sürəti, sabit internet abunəçi sayı və kompüter olan evlərin faizini əhatə edən xüsusi ICT Development Index (IDI) ilə ölçülür. Ölkələrə 10 ballıq sistemlə qiymət verilir. Cənubi Koreya 10 ballıq şkala ilə 8.93 balla qiymətləndirilərək ilk sıradadır.

Ən sürətli internetə sahib digər ölkələr- Danimarka 8.8, İslandiya 8.86, İngiltərə 8.75, İsveç 8.67, Türkiyə 5.58 hesabatda yer alıb.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə