Dünyada ən uzun kvant rabitə xətti istifadəyə verilib

22-11-2016 / 13:10

Çində dünyada ən uzun təhlükəsiz kvant rabitə xətti istifadəyə verilib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Şanxay və Hefey şəhərlərini birləşdirən 712 km uzunluğa malik rabitə xətti 11 aralıq stansiyadan ibarətdir.

Bu infrastrukturun qurulmasına 3 ildən çox vaxt sərf olunub.

Kvant rabitəsi texnologiyası fizikanın fundamental qanunlarına əsaslanır.

Məlumatların mübadiləsi üçün onların ələ keçirilməsi hallarında vəziyyəti həmişəlik dəyişən tək fotonlardan istifadə olunub. Buna görə də, kvant kanalları vasitəsilə ötürülən informasiyanı “oğurlamaq” mümkün deyil.

Çinin yeni sistemdən elmi məqsədlər, həmçinin müxtəlif idarə və müəssisələr arasında təhlükəsiz məlumat mübadiləsi üçün istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, gələcəkdə Şanxay və Pekin şəhərlərini birləşdirən 2000 km uzunluqda kvant rabitə xətlərinin istifadəyə verilməsi nəzərdə tutulub. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə