Dünyada ilk 3D smartfon və planşet kompüter təqdim edildi

17-02-2011 / 02:40

Bu günlərdə Barselonada keçirilən “Mobile World Congress” (WMC) sərgisində LG şirkəti 3D texnologiyasını dəstəkləyən iki yeni qurğu nümayiş etdirib.

Bunlar “LG Optimus 3D” smartfonu və “LG Optimus Pad” planşet kompüterdir.

“LG Optimus 3D”smartfonu 3D-kontentlə tam həddə işləmək imkanı verir. Yəni bu modelin istifadəçisi smartfonda 3D-təsvirə nəinki baxa, hətta özü bu cür kontent yarada bilər. Qurğunun displeyi stereotəsvirə adi gözlə baxmaq imkanı verən xüsusi texnologiya ilə təchiz olunub. 5 meqapikselli iki kameranın köməyi ilə istifadəçilər smartfonlarından 3D-fotoşəkillər və 3D-video çəkə biləcəklər. 2D formatında video çəkilişin maksimal həcmi 1920x1080 (Full HD), 3D formatında isə 1280x720 (720p) piksel təşkil edir.
4,3 düyümlü displeyə malik yeni smartfon iki nüvəli və 1 Qhs takt tezlikli “TI OMAP 4” prosessoru ilə təchiz olunub.


Android bazasında yığılmış “LG Optimus Pad” planşet kompüteri də iki kamera və 3D təsvir çəkmək imkanı ilə təmin edilib. Bundan əlavə, “LG Optimus Pad” “Full HD” formatlı təsvir çəkə bilər. Lakin bu cür videoya planşetdə baxmaq mümkün olmayacaq. Çünki onun 8,9 düyümlü displeyi 1280x768 piksel təsvir ölçüsü ilə məhdudlaşdırılıb.


“LG Optimus 3D” smartfonunun satışı 2011-ci ilin II rübündə başlanacaq, “LG Optimus Pad”isə artıq mart ayında bir sıra ölkələrdə satışa çıxarılacaq. Qurğuların qiyməti hələlik açıqlanmır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.