Dünyada planşetlərin tədarükü azalacaq

26-02-2015 / 13:33

Yeni proqnoza görə, 2015-ci ildə istehsalçılar ümumilikdə 221,4 milyon planşet tədarük edəcək ki, bu da 2014-cü ilin göstəricisindən 12 faiz azdır. Əvvəlki proqnozda göstərici 244 milyon ədəd qeyd olunub.

 “Apple” şirkətinin bazarda liderliyini qoruyacağı gözlənilir, lakin sahə kimi ABŞ şirkəti “iPad” planşetlərinin tədarükündə ikirəqəmli azalma ilə üzləşəcək. “Digitimes Research”in qiymətləndirməsinə görə, bu il bazara ümumilikdə 54,2 milyon “iPad” tədarük ediləcək ki, bu da ötən ilin həcmindən 16,6 faiz aşağıdır.

Qeyd olunur ki, digər məşhur istehsalçılar birlikdə təxminən 90,7 milyon planşet buraxacaq və illik ümumi nəticəni 0,1 faiz yaxşılaşdıracaq. Bu halda “Samsung Electronics” şirkəti 16,3 faizlik pay göstəricisi ilə ikinci nəhəng planşet istehsalçısı kimi qalacaq, üçüncü yeri "Lenovo” (5,3 faiz), dördüncünü “ASUS” (4,2 faiz) tutacaq. Sonrakı yerlərdə bir-birindən cüzi geriləmə ilə "Google” (1,7 faiz), “Acer” (1,7 faiz) və “Amazon” (1,6 faiz) qərarlaşacaq.

 Planşetlərə tələbatın azalmasından məşhur şirkətlərdən daha çox "white-box” sxemi üzrə fəaliyyət göstərən istehsalçılar zərər çəkəcək. Analitiklərin fikrincə, 2015-ci ildə “markasız” planşet qurğularının tədarük həcmi 20 faiz azalaraq 76,5 milyon ədədi ötməyəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.