Dünyanın ən böyük bitcoin mədəni- Reportaj

29-08-2017 / 13:35

Hazırda dünyada kripto valyutalara (elektron pul vahidlərinə) böyük maraq müşahidə edilir. Bu pul vahidlərindən daha çox məşhur olanı isə bitcoin-dir.

Bəs bu pullar necə istehsal olunur? Harada hazırlanır?

Bitmain dünyanın ən böyük bitcoin mədənlərindən biridir. Belə ki, Bitmain qlobal bitcoin şəbəkəsindəki ümumi əməliyyatın 29 faizini əhatə edir.

Dünya mediasının diqqətini cəlb edən Bitmain qapılarını Bloomberg və Kvarts jurnalistlərinə açıb.

Xeberler.az xarici mediaya istinadən mədənlə bağlı maraqlı məlumat və görüntüləri təqdim edir:

Monqolustanda məlumat mərkəzi

Bitmain Çin ilə birlikdə Monqolustanda məlumat mərkəzlərinə malikdir. 25 min mədən qurğusuna sahib mərkəz 8 binadan ibarətdir.

Qlobal şirkət

2013-cü ildə Pekində qurulan şirkətin bu gün Amsterdam, Hong Kong, Tel-Əviv, Qingdao, Chengdu, Şanxay və Shenzhen şəhərlərində ofisi var.

Antminer S9

Bitcoin istehsalçıları tərəfindən istifadə edilən ASIC çiplərini istehsal edən Bitmain Antminer S9-u bazara təqdim edib.

Bitcoin mədənçiliyi

Bitmain Bloomberg-ə açıqlamasında qeyd edib ki, mədən fəaliyyətinə görə gündə 250,000 dollar qazanır. Monqolustanın məlumat mərkəzində gündəlik elektrik fakturası isə 39 min dollardır.

İşçilər

Bitmain deyir ki, burada 50 nəfər işləyir və dünyada 600 işçisi var.

Təmir işçiləri

Media işçilərinin çəkdiyi Bitmain mədənindəki təmir işçiləri.

Onlar günün hər günü, saatı avadanlıqlara nəzarət edir

Bitmain işçilərinin ən yaxşıları hesab edilənlər məlumat mərkəzində çalışır. Belə ki, onlar burada olan avadanlıqlara həftədə hər gün, 24 saat nəzarət etməlidir.

Jihan Wu

Bitmain arxasında olan əsas ad Jihan Wu-dur. Bitcoin iqtisadiyyatını idarə etmək üçün nəzərdə tutulan Wu bitcoin-in ilk bölünməsinə təsiri olan baş idarəçilərindən biridir. O, bunu inkar etsə də, Bitmain ikinci bölünməni də aydın şəkildə dəstəkləyir.

Süni intellekt

Bitmain bundan sonrakı fəaliyyəti üçün istehsal etdiyi çiplərə süni intellekt dəstəyi əlavə etməyi planlaşdırır. Şirkət süni intellekt texnologiyaları yarışında iddialıdır.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə