Dünyanın ən güclü lazer şüası təqdim olundu

28-11-2015 / 10:27

Şanxay Optik və Həssas Mexanika İnstitutunun tədqiqatçıları dünyanın ən güclü lazer şüasını təqdim ediblər.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, çinli alimlər yüksək texnologiyalı silah sənayesindən nüvə fizikasına qədər geniş  istifadə potensialına malik olan ən güclü lazer şüasını təqdim ediblər.

Texnologiya jurnalı Optics Letters-də təqdim olunan araşdırmaya görə, lazerin şüası 5.13 milyard meqavatt gücə malikdir.

Lazeri hazırlayan tədqiqatçılar şüanın 30 femtosaniyə (səniyənin 30 trilyonda biri) kimi vaxt ərzində şüalandırıldığını bildiriblər.

Bu sahədə rekord əvvəl yapon alimlərinə məxsus olub. Belə ki, 5 ay əvvəl yapon alimləri 2 milyard meqavatt gücündə və şüalanma müddəti 1 pikosaniyə (saniyənin trilyonda biri) olan lazer şüası təqdim ediblər.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə