Dünyanın ən incə kompüteri -Fotolar

06-04-2016 / 13:42

 Kompüter istehsal edən məşhur HP  şirkəti dünyanın ən incə noutbukunu təqdim edib. 

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, HP-nin təqdim etdiyi HP Spectre 13 demək olar ki, ağıllı telefonlarla eyni qalınlıqdadır.

Ən incə noutbuklar siyahısında yer alan MacBook 13.2 mm, Lenovo Yoga 900 14.9 mm qalınlığına sahibdir.

HP Spectre 13 isə 10.4 mm qalınlığa sahib olmaqla dünyanın ən incə kompüteri seçilib.

Həmçinin, 1.1 kq çəkiyə sahib olması ilə ən yüngül kompüterlər arasında yer alıb.

HP-nin yeni noutbuku mayın 25-dən Amerikada satışa çıxarılacaq. 

Dünyanın ən incə komüterinin qiyməti isə 1170 dollardır. 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə