Dünyanın ən sürətli maşını

15-10-2010 / 04:45

Artıq planetin ən sürətli avtomobili SSC Ultimate Aero II olacaq.

 İdman maşınların istehsalı ilə məşğul olan Amerikanın Shelby Supercars (SSC) şirkəti dünyanın ən sürətli modelini hazırlamaq qərarına gəlib. Yeni hazırlanacaq avtomobilin hətta Bugatti Veyrondan da sürətli olacağı bildirilir.

Bu günlərdə ən sürətli maşının ilk şəkilləri və onun barəsində ilk informasiya dərc edilib. Xatırladaq ki, bir neçə il öncə SSC saatda 412 km sürətlə hərəkət edən Ultimate Aeronu istehsal etmişdi. Bu model Bugatti Veyrondan 5 km daha sürətli olub. Lakin iki ay qabaq fransızlar Veyron Super Sportun köməyi ilə dünyanın ən sürətli maşını rekordunu özlərinə qaytara biliblər. Adıçəkilən avtomobildə maksimal sürət- saatda 433 km qeydə alınıb. Planetin ən sürətli avtomobili adına iddialı olan SSC Ultimate Aero II 1350 at gücündə, 6,8 litr həcmində olan mühərriklə təhciz edilib. Onun qiyməti isə 970 min dollar olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə