Dünyanın ən yaxşı ağıllı telefonları

09-04-2015 / 12:38

Dünyanın ən yaxşı ağıllı telefonlarının siyahısı təqdim olunub.

Xəbərlər xarici mətbuata istinadən ən yaxşı ağıllı telefonların adlarını təqdim edir:

Fiziki klaviatura ilə birlikdə böyük ekrana sahib ağıllı telefon istəyənlər üçün BlackBerry Classic ən yaxşı model hesab olunur.

Nokia Lumia 830 Microsoft-un yeni telefonlarından biridir. Windows Phone 8 əməliyyat sistemini işlədir və kəskin 5 düymlük ekrana sahibdir.

HTC One M8 One M8 Windows Phone əməliyyat sistemini işlədən ən yaxşı telefondur.

Samsung Galaxy Note Edge4 ikinci ekrana malik ən yaxşı ağıllı telefonlardan biridir.

iPhone 5S çox böyük ekran istəməyən istifadəçilər üçün ideal modeldir.

LG G3 kəskin görüntüyə malik olan ən yaxşı ağıllı telefonlardan biridir.

Nexus 6 Motorola tərəfindən istehsal edilən və fərqli dizayna sahib Androidin yeni versiyası Lollipop işlədən ilk ağıllı telefondur.

Ən yaxşı ağıllı telefonlara rəqib olan OnePlus One 5.5 düymlük ekrana malik olan, böyük proqram və hərəkətli daxili xüsusiyyətləri ilə seçilən ən yaxşı ağıllı telefonlardan biri hesab olunur.

Moto X də proqram mövzusunda çox daha sürətli yenilikləri alır və Androidin təmiz versiyası ilə işləyir. Telefon eyni zamanda həqiqətən gözəl görünən 5.2-düymlük ekrana sahibdir.

HTC One M9 daha yaxşı bir kamera, bir az fərqli dizayn və daha sürətli prosessora malik olan ən yaxşı ağıllı telefonlardan biridir.

Samsung-un yeni Galaxy Note 4 ağıllı telefonu ən yaxşı Android phablet telefondur.

Samsung Galaxy S6 modeli də ən yaxşı ağıllı telefonlardan biridir.

Ruhəngiz Muradova

 

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə