Dünyanın ən yüngül dizüstü kompüteri

28-10-2009 / 12:20

Sony yeni dizüstü kompüter istehsal edib. VAIO X ardıcıllığı, 780 qr ağırlığı ilə dünyanın ən yüngül dizüstü kompüteridir. 13.9 mm-lik incəliyi ilə seçilən X ardıcıllığı (185 x 13.9 x 278 mm ) xoşagəlimli dizaynı və yüngül olmağı ilə iş həyatının çətin şərtlərini asanlaşdırır. Alüminium örtməli klaviatura ilə rahat istifadəni təmin edir. VAIO X ardıcıllığının ən əhəmiyyətli xüsusiyyəti “multi-finger touchpad”-in olmasıdır.

Uzun batareya müddətinin təmin edilməsi işgüzar insanların ürəyincə olacaq. Az enerji istehlak edən prosessoru və LCD ekranı sayəsində, modelin batareyasını yalnız bir dəfə şarj etməklə məhsuldar işləmək mümkündür. 3G modemi sayəsində, Wi-Fi daxilolma nöqtəsindən uzaqda belə olsa, GSM operatorlarının dəstəklədiyi bölgələrdə, 7.2 Mbps-ə qədər 3G HSPA mobil şəbəkəsi üzərindən internetə girə bilir. Bundan əlavə 2 ədəd USB girişi, Ethernet və VGA çıxışları, 802.11 b/g/Draft n və Bluetooth əlaqəsi var. Mikrofon girişi, MS və SD slotları və daxili MOTION EYE kamera sayəsində iş həyatının tələb etdiyi hər cür paylaşmaya imkan yaradır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə