Dünyanın ən zəngin insanı kimdir?

01-08-2017 / 11:49

Bill Gates daha dünyada ən zəngin adam deyil.

Məlum olduğu kimi, Microsoft-un qurucusu Bill Gates son beş il ərzində dünyanın ən varlı adamı hesab olunurdu. Lakin bu gün o, öz titulunu Amazon korporasiyasının təsisçisi Jeff Bezos-a həvalə edib. Bu, şirkətin səhmlərinin artımı sayəsində baş verib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Amazon səhmlərinin bahalaşması nəticəsində Jeff Bezos 90,9 milyard dollarlıq var-dövlətə sahib olub. Hazırda Bill Gates ondan 200 milyon dollar kasıbdır.

Amazon-un kapitallaşması ilk dəfə iyulun 26-da 500 milyard dolları ötüb. Beləliklə, korporasiya Apple, Alphabet və Microsoft şirkətlərinin də daxil olduğu VIP-klub-a daxil olub. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə