Dünyanın ilk 4K ekranlı smartfonu təqdim edildi

03-09-2015 / 10:21

Yaponiyanın Sony şirkəti dünyanın ilk “4K” təsvir ölçülü (3840 x 2160 piksel) Xperia Z5 Premium smartfon modelini təqdim edib. Şirkət həmçinin Xperia Z5 və Z5 Compact  modellərini nümayiş etdirib.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən bildirir verir ki,  bu barədə şirkətin məlumatında deyilir.

Z5 Premium modeli 5,5 düym diaqonala malik olmaqla ekranın hər düymündə 806 piksel yerləşir.

Xperia Z5  modeli Full HD  təsvir ölçülü 5,2 düym displeylə təchiz edilib. İki SİM-kartı dəstəkləyən modifikasiyanı da əldə etmək mümkündür. Nisbətən kompakt Z5 Compact  modeli HD  təsvir ölçülü (1280 x 720) 4,6 düym ekranla təchiz edilib.  

Z5  seriyasından olan smartfonların hamısı sukeçirməzdir ki, bu da artıq Sony  üçün tipikdir. İstehsalçının modellərinin əsas kameraları ilk dəfə olaraq Exmor RS sensorlu 23 meqapikselli kamera ilə təchiz edilib ki, bu da 0,1 saniyəyə fokuslaşmağa imkan verir. Həmçinin modellər musiqi fayllarının Hi-Res Audio formatında səsləndirilməsinə şərait yaradır. Bununla mövcud qurğularla müqayisədə nəzəri baxımdan daha yüksəkkeyfiyyətli səsə nail olmaq mümkün olur. Modellər işə salma düyməsinə quraşdırılan barmaq izləri skaneri ilə təchiz edilib.  

Z5  ailəsindən olan smartfonların hamısı Qualcomm şirkətinin ən məhsuldar Snapdragon 810 prosessoru ilə işləyir. Onun fərqləndirici cəhətlərindən biri 64 nüvəli arxitekturaya malik olmasındadır. Bundan başqa, prosessor LTE  şəbəkəsini dəstəkləyir. Qurğular Android 5.1 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Xperia Z5, Xperia Z5 Compact və Xperia Z5 Premium smartfonlarının tədarükünə payızda başlamaq planlaşdırılır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə