Dünyanın ilk rəqəmsal qəzeti

31-01-2011 / 11:24

“News Corp” ilə “Apple” Şirkəti birgə olaraq yanvar ayının 19-da dünyanın ilk tabloid (kompakt formatlı) qəzetinin yayımına başlayacaq.

“News Corporation”un sahibi Rupert Murdoch (Rupert Merdok) ilə “Apple”in rəhbəri Steve Jobsun (Stiv Cobs) iPad tabloid - kompyuterlə oxunan ilk tabloid qəzeti yanvarda yayıma başlayacaq. Hələ dəqiqləşməsə də, “The Daily” (“Gündəlik” ) adı verilən tabloid qəzeti həftəlik 99 sentə satılacaq. iPad platformasında yayımlanacaq rəqəmsal qəzet “The Daily”nin bir müddət həftəlik sınaq yayımından sonra, gündəlik yayımlanması gözlənilir.

Çap və yayım məsrəfi olmayan, 100 nəfər heyət tərəfindən hazırlanan 62 səhifəlik yeni qəzetin həftəlik satış qiymətinin 0,99 dollar olması gözlənilir. Rəqəmsal medianı daha aktiv və qazanclı hala gətirmək üçün uzun müddətdir əzmlə çalışan 79 yaşlı Rupert Murdoch, iPad qəzeti yayımı ilə mediyada yeni bir rəqabət sahəsi formalaşdırmağa çalışdığını söyləyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə