“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015 / 12:52

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron hökumət” portalında “E-Gov mobil identifikasiya vasitəsi” elektron xidmətini istifadəyə verib.

Xeberler.az bildirir ki, “E-Gov mobil identifikası vasitəsi” - “E-gov identity” sistemə giriş üçün vətəndaşın mobil telefon nömrəsi üzrə FİN-i tanıma rolunu oynayır.

“Elektron hökumət” portalına girişi təmin etmək üçün sadələşdirilmiş autentifikasiya vasitələrindən hər hansı birindən istifadə edərək vətəndaş portala daxil olaraq yaradılmış xidmət vasitəsi ilə “e-identity”yə qoşula bilər.

Bu zaman vətəndaş heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər “Elektron hökumət” portalına, istərsə də xidmətin inteqrasiya edildiyi digər portallara giriş əldə edə biləcək.

Portala daxil olan vətəndaş hazırlanmış interfeysdən istifadə edərək adına olan mobil telefon nömrəsini FİN-ə qoşaraq prosesi tamamlamış olacaq. Bunun üçün SMS vasitəsilə aktivasiya edərək təyin edilmiş identifikasiya kodunu əldə edəcək.

Bundan sonra vətəndaş “E-gov identity”  identifikasiya istifadə edilən bütün sistemlərdən rahat istifadə edə bilər.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.