“E-hökumət” portalı FİNCA ilə əməkdaşlıq edəcək

15-12-2015 / 14:52

"Elektron hökumət" portalı FİNCA international beynəlxalq təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə layihəyə başlayıb.

Xeberler.az bildirir ki, portalın operatoru olan Məlumat Hesablama Mərkəzində həmin təşkilatla keçirilmiş toplantıda vətəndaşın ödəmə qabiliyyətinin kağız üzərində sənəd tələbi olmadan müəyyənləşdirilməsi üçün portalın imkanları müzakirə edilib. Eyni zamanda, Finca Azərbaijan-ın müştərilərinin faydalanması üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar və layihənin həyata keçirilməsi üçün texniki məsələlərdən danışılıb.

"E-hökumət" xidmət məkanı olmaqla yanaşı ən geniş fərdi identifikasiya sistemidir. Bu gün vətəndaş portal vasitəsilə özünə aid 11 növ məlumatı rahatlıqla bir neçə saniyədə formalaşdırıb tələb olunan müəssisəyə elektron və kağız şəklində göndərmək imkanına malikdir.

Hazırda elektron arayışlardan daha çox maliyyə-kredit sahəsində istifadə edilir. Belə ki, bu gün 20-dən artıq bank və kredit təşkilatı "E-hökumət” portalının imkanlarından istifadə edərək vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv edib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.