E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

22-01-2016 / 23:36

“Elektron imza" kartlarından istifadə edənlərin sayı hər ötən gün artmaqdadır.

Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən il dövlət qurumları üzrə 47532, fiziki şəxslər üzrə 15832,hüquqi şəxslər üzrə isə 13820 elektron imza sertifikatı istifadəyə verilib.

MHM-dən Xeberler.az-a verilən məlumata görə, həmin müddət ərzində dövlət qurumları tərəfindən sənəd imzalama tranzaksiyaların sayı 3 160 353, hüquqi və fiziki şəxslər tərəfindən imzalama tranzaksiyaların sayı 906 334 olub. Ümumilikdə, 2015-ci il ərzində 4 milyondan artıq sənəd elektron imza ilə imzalanıb.

 

"Elektrom imza", həmçinin, "Elektron hökumət" portalının autentifikasiya vasitələrindəndir. Ötən il e-imza kartları vasitəsilə portala 4 milyondan artıq autentifikasiya qeydə alınıb.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.