E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017 / 13:11

Sön dövrdə bütün sahələrdə elektronlaşmanın sürətlə genişlənməsi “Elektron imza”dan istifadəni zəruri edib.

Bu məqsədlə, mayın 4-də "Elektron hökumət" Təlim-Tədris Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının əməkdaşlarına seminarlar keçirilib.

Xeberler.az-ın məlumatıan görə, seminarda "Elektron hökumət" portalının fəaliyyəti, “Elektron imza”dan istifadə qaydaları və onun elektronlaşmada rolundan danışılıb, ən çox müraciət olunan elektron xidmətlər barədə məlumat verilib.

Seminarın ikinci mərhələsində iştirakçılar "Elektron hökumət" portalı üzərindən təqdim edilən bir sıra xidmətləri test ediblər.

Tədbir müzakirələrlə yekunlaşıb. Sonda seminar iştirakçılarına "Elektron hökumət" portalına giriş üçün istifadəçi adı/şifrə verillib.

"Elektron hökumət" portalı dövlət qurumlarının elektron xidmətlərini bir pəncərədə birləşdirən vahid xidmət məkanıdır. Şəffaf idarəçilik, səmərəli xidmət təminatı üçün yaradılmış, artıq 5 ildir fəaliyyət göstərən Portal ölkəmizdə fəaliyyət göstərən qurumlara öz elektron xidmətlərini internet mühitində açıq formada təqdim etmək imkanı verir.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.