E-imza sertifikatlarının sayı açıqlanıb

09-07-2018 / 12:02

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən E-imza sertifikatlarının sayı açıqlanıb.

Xeberler.az bildirir ki, E-imza sertifikatlarının sayı 20 mindən çox olub.

Belə ki, 2018-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 7 433 407 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 20%-idir.

Qeyd edək ki, istifadəyə verildiyi vaxtdan bu günə qədər, ümumilikdə 37 milyondan artıq autentifikasiya və elektron imza əməliyyatı aparılıb.

Xatırladaq ki, E-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.