E- imza təcrübəmiz BMT konfransında təqdim edilib

11-10-2017 / 14:13

İsveçrənin Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmli iqtisadiyyat” üzrə hökumətlərarası ekspert qrupunun ilk iclası keçirilib. İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi iştirak edib.

Ekspert qrupunun əsas məqsədi rəqəmli iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq, elektron ticarətin imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır. 

Müxtəlif beynəlxalq təşkilatların rəsmiləri ilə yanaşı, 70-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi hökumətlərarası ekspert qrupunun iclasında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hazırlanan “İnformasiya İqtisadiyyatı 2017” hesabatı təqdim olunub.

İclasda inkişaf etməkdə olan ölkələrdə rəqabətə davamlı elektron ticarət və rəqəmli iqtisadiyyatın qurulması ilə bağlı ehtiyacların müəyyənləşdirilməsi, inkişaf etməkdə olan ölkələrin texnoloji infrastrukturunun yaxşılaşdırılması üçün görüləcək işlər, elektron ticarətin imkanlarından maksimum yararlanmaq və mövcud çətinliklərin aradan qaldırılması üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq formalarının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Tədbirdə 2016-cı ildə UNCTAD tərəfindən təsis olunmuş beynəlxalq “www.etradeforall.org” platformasının inkişafına dair məlumat verilib. Sözügedən platforma inkişaf etməkdə olan ölkələrə elektron ticarətin potensialından faydalanmağa imkan verir. Bu təşəbbüs vasitəsilə ölkələr potensial tərəfdaşlarla əlaqə qura, yeniliklər və elektron ticarət  üzrə ən son məlumatları əldə edə bilərlər.

Tədbirdə çıxış edən Nazirliyin nümayəndəsi Azər Bayramov elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafı üzrə Azərbaycan təcrübəsindən, elektron hökumətin, elektron xidmətlərin  və Açıq Hökumət Məlumatlarının elektron ticarətin inkişafında mühüm rolundan danışıb.

Qeyd edilib ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri, mobil hökumətin və mobil imzanın geniş tətbiqi ölkəmizdə elektron ticarətin inkişafı üçün mühüm təkan verəcək.

Günel

 

Çıxışda ölkələrarası elektron ticarətin inkişafı üçün elektron imzaların qarşılıqlı tanınmasının əhəmiyyəti və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər barədə məlumat verilib. Elektron imzanın tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və uğurlu təcrübə kimi qeyd olunub.

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.