E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

08-10-2016 / 11:41

Məlumat verdiyimiz kimi, bir müddətdir ki, elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması istiqamətində işlər davam edirdi.

Xeberler.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) həsr edilmiş təqdimat keçirilib.

 Təqdimatda Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Nazirliyin idarə və xidmət rəhbərləri, EKTİS xidmət təminatçısı olan İtaliyanın məşhur texnoloji həllər şirkəti Abaco Group-un və Caspel şirkətinin, Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

İştirakçılara EKTİS çərçivəsində görülmüş işlər, sistemin komponentləri, ona daxil olan altsistemlər, başa çatdırılmış layihə və mərhələlər barədə məlumat verilib. Daha sonra “Subsidiya və Siyasətə dair İnformasiya Sistemi” təqdim edilib. Sistemin Quba rayonunda sınaqdan keçirildiyi və işlək vəziyyətdə olduğu bildirilib.

Qeyd edilib ki, layihə kənd təsərrüfatı sahəsində məlumatların toplanması və subsidiyaların verilməsini elektron xidmətə keçirmək yolunda atılmış ilk praktiki addımdır. İyul-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurum əməkdaşlarına beynəlxalq mütəxəssislər təlimlər veriblər və həmin əməkdaşlar qubalı fermerləri, torpaq sahələrini qeydiyyata alıb və müraciətlərə baxaraq, subsidiya ödənişlərinin edilməsi sxemini müəyyənləşdiriblər.

Quba rayonun kənd təsərrüfatı, torpaq sistemi və fermerləri haqqında müfəssəl bilik toplanmasına xidmət edən layihənin daha da təkmilləşdiri- lərək, ölkənin digər regionlarında da tətbiqi barədə fikirlər səsləndirilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov görülmüş işləri təhlil edərək, qeydiyyat sisteminin müfəssəl tərtibi, dolğun məlumat bazasının hazırlanması, sistemin işləməsi üçün lazım olan mühüm istiqamətlərin daha dəqiq müəyyənləşdirilməsi üçün tövsiyələr verib.  

 

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.